Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 18-də saat 22:45-dən  23:20-dək və iyulun 19-da saat 05:30-dan 06:00-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar, Vazaşen və Berd rayonu Mosesqex kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;
- saat 14:15-dən 14:45-dək və saat 23:40-dan 23:50-dək  Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:30-dan 19:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:45-dən iyulun 19-da saat 00:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 23:10-dan 23:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.