Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 17-də saat 10:30-dan 11:00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:20-dən 21:45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 21:20-dən 21:25-dək və iyulun 18-də saat 01:30-dan 01:35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və  Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:30-dan 23:40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:15-dən 23:30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:35-dən 23:50-dək və iyulun 18-də saat 00:30-dan 00:40-dək, 01:50-dən 02:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.