Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 16-da saat 12:20-dən 12:40-dək, 22:00-dan 22:20-dək və iyulun 17-də saat 06:00-dan 06:15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdurrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 21:05-dək, 22:30-dan 22:40-dək və iyulun 17-də saat 06:15-dən 06:35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 06:40-dan 06:50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.