Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdul Həmidi qəbul etmişdir.
Qonağı təyinatı münasibətilə təbrik edən Səfər Əbiyev Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında bütün sahələrdə yaranmış dostluq və qardaşlıq əlaqələrindən və bu əlaqələrin gələcəkdə  daha da inkişaf etdirilməsi istiqamətlərindən danışmışdır.
Müdafiə naziri görüş zamanı regionda mövcud olan mürəkkəb vəziyyəti,  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ləngidən məsələləri qonağın diqqətinə çatdırmışdır. Nazir bildirmişdir ki, problemin dinc yolla həll edilmədiyi təqdirdə Azərbaycan öz torpaqlarını işğaldan azad etməyin başqa yollarını seçə bilər. Biz heç zaman Ermənistanın təcavüzkarlığını davam etdirməsinə imkan verməyəcəyik.
Səfir Əbdul Həmid görüş zamanı Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələr sırasında Pakistan İslam Respublikasının olduğunu qeyd etmiş və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulamışdır.