Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 9-da saat 10:45-dən 11:00-dək və saat 19:20-dən 19:25-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi və Noyemberyan rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 21:55-dən 22:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.