Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 28-də saat 12:10-dan 12:30-dək, 13:20-dən 13:40-dək və avqustun 29-da saat  00:15-dən 00:55-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz  rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi, Ağdam kəndi və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- avqustun 28-də saat 12:55-dən 13:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- avqustun 29-da saat 06:30-dan 06:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.