Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 01:30-dan 01:55-dək  Ermənistan Respublikası Berd rayonunun Çinari  kəndi  ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndi ərazisində  yerləşən mövqelərini;
- avqustun 26-da saat 21:45-dən 22:10-dək  Füzuli  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- avqustun 27-də saat 01:20-dən 02:05-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.