Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 25-də saat 22:50-dən 23:05-dək  Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli   kəndi  ərazisində yerləşən mövqelərini;
- saat 23:50-dən 00:00-dək Xocavənd rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərdən;
- avqustun 26-da saat 01:15-dən 01:25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:20-dən 01:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.