Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 12-də saat 18:45-dən 18:50-dək Ermənistan Respublikası İcevan  rayonu Paravakar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun  ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərini;
- saat 17:55-dən 18:00-dək, 20:13-dən 20:20-dək və 21:25-dən 21:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:35-dən 23:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- avqustun 13-də saat 05:45-dən 06:00-dək Tərtər  rayonunun Göyarx  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.