Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-da saat 17:00-dan 17:55-dək və 21:05-dən 21:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəklikdə və Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Ağdam kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 10:35-dən 10:42-dək və avqustun 11-də saat 03:10-dan 03:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:45-dən 20:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 23:20-dən 23:45-dək və 00:20-dən 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:50-dən 23:58-dək və 00:20-dən 00:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.