Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 8-də saat 21:20-dən 21:40-dək və 23:10-dan 23:55-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz  rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi və Ağdam   kəndləri  ərazisində yerləşən mövqelərini;
- saat 09:30-dan 09:40-dək, 23:25-dən 23:40-dək və avqustun 9-da saat 00:30-dan 00:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:50-dən 23:05-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.