Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 4-də saat 23:10-dan 23:25-dək və avqustun 5-də saat 00:30-dan 00:40-dək  Ermənistan Respublikası Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz  rayonunun  Koxanəbi, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərini;
- saat 08:50-dən 09:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 20:20-dən 20:45-dək Füzuli  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 23:20-dən 23:35-dək və avqustun 5-də saat 04:30-dan 05:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çaylı  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.