Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 08:20-dən 08:25-dək və 22:30-dan 23:00-dək  Ermənistan Respublikası İcevan və Berd rayonlarının Azatamut, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- sentyabrın 3-də saat 20:20-dən 20:40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 23:50-dən 00:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- sentyabrın 4-də saat 00:25-dən 00:30-dək Ağdam  rayonunun Yusifcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 01:15-dən 01:30-dək Tərtər rayonunun Seysulam kəndi yaxılığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxılığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.