Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 18-də saat 14:05-dən 14:25-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində,  İcevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı, Cəfərli, kəndləri ərazisində  yerləşən mövqelərini;
- saat 17:00-dan 17:15-dək Goraboy  rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:55-dən 19:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 20:50-dən 21:10-dək Tərtər rayonunun Çaylı kəndi                                                      yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:25-dən 21:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 19-da saat 01:30-dan 02:05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı və Aşağı Seyidəhmədli kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:20-dən 01:00-dək fasilələrlə Ağdam rayonunun Kəngərli kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 02.00-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi                                                      yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:00-dan 02:15-dək fasilələrlə Ağdam rayonunun Nəmirli kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.