Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 16:40-dan 17:10-dək, noyabrın 29-da saat 00:30-dan 00:45-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi, İcevan rayonu Berkaber və Azatamut kəndi, Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndi ərazisində və Tovuz  rayonunun   adsız yüksəkliklərdə yerləşən mövqelərini ;
- noyabrın 28-də saat 10:25-dən 10:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:00-dan 13:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:30-dan 16:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:00-dan 19:30-dək Füzuli  rayonunun Qərvənd kəndi  yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:50-dən 22:30-dək fasilələrlə Tərtər  rayonunun Seyidsulam və Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 29-da saat 00:15-dən 00:25-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:40-dan 02:00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.