Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 19:30-dan 19:35-dək, 22:50-dən 23:55-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Azatamut kəndi və Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi, Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində və adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 07:50-dən 08:10-dək Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Horadiz kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:50-dən 14:15-dək, 17:05-dən 17:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:25-dən 16:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:30-dan 16:40-dək, 20:30-dan 20:55-dək Tərtər rayonunun Çiləbürt, Çaylı  kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 27-də saat 00:05-dən 00:45-dək Tərtər  rayonunun Seyidsulam kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:45-dən 01:50-dək Ağdam rayonunun Qaraqaşlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:40-dan 04:30-dək fasilələrlə Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:50-dən 06:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.