Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 10:15-dən 10:45-dək, 22:20-dən 22:30-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Berdavan, Voskepar, Vozaşen kəndləri və  İcevan rayonu  Azatamut, Berkaber  kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli, Cəfərli, Qızılhacılı, Balacəfərli kəndləri ərazisində və adsız yüksəkliklərdə yerləşən mövqelərini ;
- saat 10:20-dən 10:35-dək  Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14:40-dan 14:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:30-dan 16:50-dək Goranboy rayonunun Gülüstan kəndi                                                       yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 18:20-dək Ağdam rayonunun Kəngərli kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:55-dən 17:00-dək Xocavənd rayonunun  ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- noyabrın 24-də saat 00:35-dən 00:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi  yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 03:15-dən 03:30-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:20-dən 03:30-dək Ağdam rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.