Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 20-də saat 09:10-dan 09:20-dək İcevan rayonu Azatamut və Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun  Cəfərli və Qızılhacılı kəndləri ərazisində  yerləşən mövqelərini;
- saat 14:45-dən 14:55-dək  Xocavənd rayonunun Kuropatkino kəndi  yaxınlığında  yerləşən mövqelərdən;
- saat 20:30-dan 22:25-dək, fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:55-dən 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi                                                       yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 21-də saat 00:25-dən 00:40-dək fasilələrlə Füzuli rayonunun  Aşağı Seyidəhmədli kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:20-dən 02:30-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.