Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 19-da saat 16:50-dən 17:10-dək Goranboy  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:20-dək Tərtər  rayonunun Qızıloba kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 18:35-dən 18:55-dək Tərtər  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi  yaxınlığında  yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi  yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.