Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-də saat 10:30-dan 10:40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18:00-dan 18:10-dək Goranboy  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:40-dan 23:00-dək Tərtər  rayonunun Çiləbürt kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 23:30-dan 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:35-dən 23:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- noyabrın 17-də saat 06:10-dan 06:20-dək Füzuli rayonunun Alxanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.