AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanlığının komandanı general Dünkan Maknabb ilə görüşmüşdür.
Görüş zamanı ölkələr arası əməkdaşlıq məsələləri və onun inkişaf perespektivləri müzakirə olunmuşdur.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.