Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 16-da saat 09:40-dan 09:45-dək, 22:05-dən 22:15-dək fasilələrlə Ermənistan Respublikası  İcevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində, Noyemberyan rayonu  Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Qızılhacılı, Cəfərli, Quşçu Ayrım kəndləri ərazisində  yerləşən mövqelərini;
- saat 20:15-dən 20:35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:30-dək Cəbrayıl  rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 22:50-dən 23:15-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- noyabrın 17-də saat 06:10-dan 06:20-dək Füzuli rayonunun Alxanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.