Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 14-də saat 10:35-dən 10:50-dək, 11:15-dən 11:20-dək, 18:55-dən 19:05-dək fasilələrlə Ermənistan Respublikası  Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində, Noyemberyan rayonu Voskepar və Voskevan kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonun Əlibəyli kəndi, Qazax rayonun Qızılhacılı, Cəfərli, Quşçu Ayrım kəndləri ərazisində və adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 17:05-dən 17:10-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:05-dən 17:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 18.15-dən 18:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:55-dən 18:05-dək Tərtər  rayonunun Çiləbürt kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:05-dən 19:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:30-dan 21:10-dək Füzuli rayonunun Horadiz  kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:55-dən 23:10-dək Tərtər  rayonunun Göyarx kəndi  yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:50-dən 00:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- noyabrın 15-də saat 00:30-dan 00:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.