Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 11-də saat 15:20-dən 15:35-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 12:40-dan 12:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:00-dan 16:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:40-dan 21:15-dək və noyabrın 12-də saat 02:55-dən 03:05-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:45-dək və 23:20-dən 23:33-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.