Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 10:20-dən 10:35-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:20-dən 23:00-dək və noyabrın 5-də saat 00:00-dan 00:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:00-dan 00:30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur