AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizdə fərdi səfərdə olan Bəhreyn Müdafiə Qüvvələri Komandanı general Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə ilə görüşmüşdür.
Görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda hərbi-siyasi vəziyyət, körfəz məsələsi, Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi olmuşdur.