Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində ABŞ HDQ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən Azərbaycanda keçiriləcək növbəti treninq (01-05 dekabr); Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək göstərmək məqsədilə ABŞ CCMR ekspert qrupu tərəfindən işçi görüşünün keçirilməsi (01-05 dekabr); Ştutqard şəhərində Hüquq məsləhətləşmələri (01-05 dekabr); San-Antonio şəhərində Beynəlxalq MTT zabiti kursu (03 dekabr 2008-23 oktyabr 2009);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Yanıqlarda ilk yardım kursu  (01-31dekabr);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyası nümayəndələrinin Rumıniyanın Milli Müdafiə Kollecini ziyarəti (03-07 dekabr);
Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Mülki heyətin vəzifələrdə irəliləmə  məsələləri üzrə seminar; Dənizdə xilasetmə əməliyyatları və HDQ-nin rolu mövzunda seminar (11-13 dekabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.