Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 5-də saat 00:20-dən 00:25-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı  kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində  yerləşən mövqelərini;
- saat 01:10-dan 01:30-dək, 02:00-dan 02:30-dək Tərtər rayonunun Çaylı, Seysulan, Qızıloba və Göyarx kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 4-də saat 17:00-dan 17:50-dək, dekarbrın 5-də 05:40-dan 05:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.