Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 3-də saat 17:20-dən 18:00-dək, 19:20-dən 19:45-dək, 22:20-dən 23:05-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi, Krasnoselsk və Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Paravakan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun  Qaralar kəndi  ərazisində  yerləşən mövqelərini;
- saat 17:50-dən 18:05-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
 - saat 21:40-dan 21:45-dək və dekabrın 4-də saat 02:30-dan 02:40-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
 - saat 22:00-dan 22:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
 - saat 22:25-dən 22:45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.