Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 10:50-dən 11:00-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində  yerləşən mövqelərini;
- saat 06:45-dən 07:15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri  yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:50-dən 20:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- dekabrın 3-də saat 00:15-dən 00:30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.