Yanvarın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri bizim postlardan birini ələ keçirmək və beləliklə də öz mövqelərini möhkəmləndirmək məqsədi ilə saat 19 radələrində Ağdam rayonunun Cəvahirli kəndi istiqamətindən Azərbaycan Ordusuna doğru irəliləməyə başlayıb.
Düşmən ilk hərəkətindən artıq nəzarət altına götürülüb, onun hər bir vəziyyəti yaxından izlənilib. Azərbaycan əsgəri düşməni bir az da yaxına buraxdıqdan sonra atəşə başlayıb. Bir saata yaxın gedən döyüş nəticəsində düşmən üç itki və bir neçə yaralı verərək geri çəkilib.
Meyitlərdən biri bizim nəzarətimiz altındadır. Qalan meyit və yaralıları aparıblar. Azərbaycan Ordusu heç bir itkiyə məruz qalmayıb.