Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 30-da saat 09:00-dan 09:15-dək və 21:00-dan 21:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:45-dən 13:05-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 14:00-dan 14:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:45-dən 20:05-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- yanvarın 31-də saat 00:20-dən 00:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:40-dan 03:20-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.