Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahli qüvvələrinin bölmələri yanvarın 29-da saat 20:10-dan 20:20-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;  
- saat 10:45-dən 10:50-dək və 16:30-dan 16:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 13:10-dan 13:30-dək və 14:00-dan 14:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.