Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Yanvar 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 1-də saat 12:10-dan 12:40-dək Goranboy rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 12:45-dən 13:00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 14:00-dan 14:05-dək Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.