Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 11-də saat 12:40-dan 12:50-dək və 17:17-dən 17:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Ayqepar, Mosesqex, Ayqedzor kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli, Muncuqlu kəndlərində yerləşən mövqelərini;
- saat 12:20-dən 12:30-dək və 20:10-dan 20:30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:00-dan 22:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.