Martın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinə rəsmi səfəra yola düşüb. Onun Qətər dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.
Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hamad bin Ali Al-Attiyahın dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.