Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Atəş dəstəyinin planlaşdırılması və koordinasiyası kursu (16mart-10aprel);
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Novşera və Risalpur şəhərlərində Kiçik zabitlər üçün qərargah kursları (16mart-23may);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması kursu (16-27mart);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində Piyada zabitinin təməl kursu (18mart-31avqust); Puerto-Riko şəhərində Səyyar tibbi avadanlıqları ilə tanışlıq səfəri (21-29 mart); Bakı şəhərində Harris rabitə avadanlıqlarının quraşdırılması (25mart-17aprel) keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.