Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 27-də saat 10:10-dan 10:20-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 18:40-dan 18:50-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Devex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərasizindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 20:05-dən 20:10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.