Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 12:50-dən 13:00-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 18:40-dan 19:00-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Balacəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 16:30-dan 16:45-dək Ağdam rayonunun Şüraabad kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 18:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
Martın 27-də saat 00:35-dən 00:50-dək Ermənistan Respublikasının İcevan rayonunun Bernaber kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.