Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 11:10-dan 11:15-dək, 12:25-dən 12:35-dək, 12:30-dan 12:40-dək və 17:35-dən 17:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəklikləri və Koxanəbi kəndi ərazisindəki üzbəüz mövqelərimizi;
- saat 15:30-dan 15:50-dək və 22:30-dan 22:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
 İtki yoxdur.