Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 19-da saat 14:15-dən 15:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:25-dən 20:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- martın 20-də saat 06:45-dən 06:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.