Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 18-də saat 11:15-dən 11:20-dək, 12:40-dan 12:45-dək və 16:15-dən 16:20-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Berdavan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndi ərazisindəki üzbəüz mövqelərimizi;
- martın 19-da saat 05:20-dən 05:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
 İtki yoxdur.