Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

18-26 aprel 2009-cu il tarixlərində Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda “Regional Cavab-2009” Beynəlxalq hərbi təliminin keçirilməsi planlaşdırılır. Təlim Azərbaycan ilə NATO arasında hal-hazırkı əməkdaşlığı tənzimləyən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində planlaşdırılan tədbirlərə töhfə vermək məqsədilə keçirilir.
Təlim çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə müvafiq olaraq, bölmə və tağım səviyyəsində 3 gün qərargah və 5 gün səhra təlimi formatında keçiriləcəkdir. Təlim, əsasən aşağıdakı məsələləri əhatə edəcəkdir: nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, məhdud sənədlərin, təhcizat və materialların hazırlanması, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılması, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanması.
Təlimə iştirakçı və müşahidəçi qismində ABŞ, Bolqarıstan, Gürcüstan, Estoniya, Latviya, Litva, Qazaxıstan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri dəvət olunmuşlar.
Təlimin Yüksək Səviyyəli Qonaqlar günündə Azərbaycanda akkreditə olunmuş hərbi Attaşelərin iştirakı nəzərdə tutulur.