Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verildiyi kimi, hərbi çağırış qaydalarında həyata kəçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılıb və eyni zamanda, valideynlərin, çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb.
Görülən işlər artıq öz effektini verməkdədir. Belə ki, çağırış başlayan gündən, yəni aprelin 1-dən 3-nə kimi “Qaynar xətt”ə 1461 zəng daxil olub. Valideynlər, çağırışçıların yaxınları “Qaynar xətt”ə müraciət edərək, əsasən, maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrəniblər.
Müdafıə Nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyət göstərən işçi qrupuna isa 49 zəng daxil olub. Edilən müraciətlərin 41-i barədə araşdırmalara başlanılıb və bunlarla bağlı nazirliyin rəhbərliyinə məruzə edilib. Müdafıə nazirinin tapşırığı əsasında vətəndaşların sorğularının obyektiv qaydada yerinə yetirilməsi üçün vaxtında qəti tədbirlər görülüb. İşçi qrupuna edilən digər 8 müraciətin isə qanunun tələblərindən kənar olduğu aşkar edilib və həmin zəng edən vətəndaşlara onların yerinə yetirilməsinin mümkün olmadığı bildirilib.
Əlaqə telefonlarını bir daha xatırladırıq:
“Qaynar xətt” -  438 61 10; 439 55 14; 439 23 55; 439 90 28.
Şikayət və ərizələr üzrə işçi qrup - 438 61 31; 438 61 74.