Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Məhsulları üzrə Federal naziri Abdul Qayyum Xan Catoi Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Görüş zamanı nazirlər ölkələr arasında mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Samer Cavid iştirak edib.