Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıblar. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb ediliblər. Vəziyyətləri kafidir. Həmin xəstələrdən bakteroloji və labarator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək.
Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Müdafıə Nazirliyi ilə əlaqə saxlamadan dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatların yayılmasına yol verməsinlər.