Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 17:50-dən 17:53-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərimizi;
-saat 17:00-dan 17:30-dək və 18:45-dən 19:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;
-iyunun 24-də saat 00:43-dən 00:48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
-saat 06:00-dan 06:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.