AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayıs Dirinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı müxtəlif istiqamətlər üzrə ABŞ-Azərbaycan əlaqələri, eyni zamanda, hərbi əməkdaşlıq məsələlərinin hazırkı inkişaf dinamikası, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.