Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

 Erməni əsgərləri orduda dözülməz vəziyyətə tab gətirməyərək Azərbaycan tərəfə əsir düşməkdə davam edirlər. Bu dəfə isə belə bir hadisə iyulun 15-i axşam saatlarında Gədəbəy rayonu ərazisində, cəbhənin təmas xəttində baş verib. Ermənistanın Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayın əsgəri, 1990-cı il təvəllüdlü, Yerevan şəhər sakini Karen Noriqoviç Haturyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözməyərək xidməti yerini tərk etmək qərarına gəlib və beləliklə, sərhədi keçərək Azərbaycn əsgərlərinə təslim olub.