Avqustun 1-2-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Görüşdə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, münaqişənin nizamlanması prosesində Rusiyanın göstərdiyi səylər təqdirə layiqdir və ümidvericidir. Bununla yanaşı, S.Əbiyev qeyd edib ki, münaqişə dinc şəkildə həll edilmədiyi halda, hərbi vəziyyətin yaranacağı qaçılmazdır.
Anatoli Serdyukov iki günlük səfər çərçivəsində göstərilən səmimi münasibətə görə öz təşəkkürünü bildirib.